“Bavariya”nın komandadakı gələcəyi müzakirə edilən futbolçusu Tyaqo Alkantara ilə bağlı açıqlama verilib.
 
Matc.az xəbər verir ki, klubun Direktorlar Şurasının sədri Karl-Haynts Rummenigge, yarımmüdafiəçinin ayrılığını təsdiqləyib:
 
“Tyaqo komandadan ayrılmaq istədiyini bildirib, biz də bunu qəbul etməliyik. Müqaviləni yeniləmək üçün onunla görüş də keçirdik.
 
Alkantara ilə bir illik müqaviləmiz olduğu üçün onu transfer etmək istəyən klub müəyyən məbləğ ödəməli olacaq. Bu məbləğ haqqında danışmaq istəmirəm”.
 
Alkantaranın adı “Liverpul”la yanaşı çəkilir. Məlumata görə, Mersisayd klubu artıq onunla şəxsi razılıq əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest