Futbol üzrə UEFA çempionlar Liqasında 1/8 final mərhələsi çərçivəsində "Mançester Siti" ilə "Real" və "Yuventus"la Lion "Olimpik"i arasında keçiriləcək cavab matçlarına hakim təyinatları açıqlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
 
İngiltərədə keçiriləcək "Mançester Siti" – "Real" matçı Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Feliks Brix olacaq. Ona Mark Borş və Ştefan Lupp kömək edəcək. Dördüncü hakim funksiyasını isə Daniel Eybert yerinə yetirəcək.
 
İtaliyada keçiriləcək "Yuventus" – "Olimpik" (Lion) matçı da almanlara tapşırılıb. Qarşılaşmanın baş hakimi Feliks Zvayer olacaq. Ona Torsten Şiffner və Marko Axmyuller kömək edəcək. Dördüncü hakim funksiyasını isə yunan Tasos Sidiropulos yerinə yetirəcək.
 
Hər iki görüş avqustun 7-də keçiriləcək. "Mançester Siti" ilk oyunda "Real"ı (2:1), "Olimpik" isə "Yuventus"u (1:0) məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest