Türkiyənin "Erzurumspor" klubu ilə müqaviləsi bitən İbrahim Şehiç gələcək karyerası ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, bosniyalı qapıçı sosial şəbəkə hesabından hələ yekun qərara gəlmədiyini bildirib:

"Gələn mövsüm harada çıxış edəcəyimi bilmirəm. Bu, mənim şəxsi qərarım olacaq. Qərarımı ailəm və menecerlərin təzyiq ilə verməyəcəm. Hər zaman yeni təcrübələr qazanmaq istəyirəm. "Erzurumspor"a çempionlar Liqasında oynayan bir komandadan gəlmişdim. Bu səbəbdən də sizdən xahişim odur ki, mənə və aiımə bu məsələ ilə bağlı təhqiredici sözlər yazmamağınızdır".

Qeyd edək ki, 31 yaşlı qapıçısı 2013-18-ci illərdə "Qarabağ"da çıxış edib.                          

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest