“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, İngiltərə çempionu Yunanıstanın “Olimpiakos” klubunun müdafiəçisi Konstantinos Tsimikası heyətinə qatıb.
 
Bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. 24 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Yunan futbolçu yeni klubunda 21 nömrəli forma geyinəcək.
 
Britaniya mətbuatı bu transfer üçün "Liverpul"un 11.7 milyon funt-sterlinq təzminat ödədiyini yazıb.
 
Qeyd edək ki, Tsimikas 2019/20 mövsümündə Yunanıstan klubunda bütün turnirlər çərçivəsində 46 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest