Futbol üzrə Estoniya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Narva Trans" da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən komanda bu mərhələdə "Vastselina" ilə qarşılaşıb. Rəqibini böyük hesabla məğlub edən futbolçumuzun komandası nöövbəti mərhələyə vəsiqə qazanıb – 5:0.
 
Nurlan bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest