Futbol üzrə Şimali Makedoniya çempionatında 3-cü turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Şkendiya" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Makedoniya GP" ilə qarşılaşıb. "Sumqayıt"ın rəqibi bu oyundan qalib ayrılıb – 1:0. Yeganə qolu 86-cı dəqiqədə penaltidən dəqiq yararlanan Besart İbraimi vurub.
 
"Şkendiya" bu qələbədən sonra 7 xalla ikinci pillədə yer alıb.  
 
Qeyd edək ki, "Sumqayıt" – "Şkendiya" qarşılaşması avqustun 27-də Sumqayıtda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest