Futbol üzrə Kurasao yığmasının yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Qus Hiddink çalışdıracaq.
 
Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Tərəflər Dç-2022-yə kimi müqavilə bağlayıblar. 
 
Hiddink son olaraq çinin gənclərdən ibarət yığma komandasını çalışdırıb. 73 yaşlı niderlandlı mütəxəssis daha öncə öz ölkəsinin millisiylə yanaşı, Cənubi Koreya, Avstraliya, Rusiya, Türkiyə yığmalarına da baş məşqçilik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest