Futbol üzrə Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxıb.
 
Matc.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı komanda Nikosiyada Kipr millisi ilə üz-üzə gəlib.
 
C Liqasının 1-ci qrupunda yer alan hər iki yığma turnirə məğlubiyyətlə başlamışdı. Kipr doğma meydanda Monteneqroya 0:2, Azərbaycan isə Lüksemburqa 1:2 hesabı ilə uduzmuşdu. Məğlubların duelində yığmamız qalib gələn tərəf olub. Slovakiyalı Filip Qlovanın başçılıq etdiyi hakim briqadasının idarə etdiyi matçda komandamız kapitan Maksim Medvedevin vurduğu yeganə qol sayəsində meydanı 3 xalla tərk edib.
 
Qeyd edək ki, qrupun digər görüşündə Monteneqro Lüksemburqun qonağı olub. İlk turda qələbə qazanmış bu komandaların duelində də qonaqlar sevinən tərəf olublar. Monteneqro yığması əlavə vaxtda penaltidən vurulan qol sayəsində qrupun vahid liderinə çevrilib.
 
UEFA Millətlər Liqası
C liqası, 1-ci qrup
8 sentyabr
 
Kipr – Azərbaycan 0:1
Qol: M.Medvedev, 29.
Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferenç, Boris Marhefka.
Nikosiya. GSP stadionu.
 
Kipr: 12. Xaralambos Kiriakidis, 2. Antreas Karo, 5. Valentinos Sielis, 6. Xaris Kiriaku, 9. Dimitris Kristofi (k), 10. Pieros Sotiriu, 19. Kostas Laifis, 13. İoannis Kusulos, 20. Qriqoris Kastanos, 21. Marinos Tzioni, 23. İoannis Pittas.
Ehtiyat oyunçular: 1. Tasos Kissas, 22. Neofitos Mixael, 3. Xristos Heler, 7. Minas Antoniu, 8. Xambos Kiriaku, 11. Andreas Avraam, 14. Xristoforu Kipros, 15. Marios İlia, 16. Matiya Şpolyariç, 17. Loizos Loizu, 18. Yannis Satsias.
Baş məşqçi: Yohan Valem.
Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 16. Elvin Camalov, 18. Anton Krivotsyuk, 19. Təmkin Xəlilzadə, 22. Rəhim Sadıxov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Mehdi Cənnətov, 3. Şəhriyar Əliyev, 6. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Namiq Ələsgərov, 14. Elvin Bədəlov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev.
Baş məşqçi: Canni De Byazi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest