"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Qalatasaray"ın heyətində itkilər var. Matc.az xəbər verir ki, bunlar hücumçu Mbaye Dianla yarımmüdafiəçi Emre Akbabadır.

Sneqallı forvard dünən məşqlərin bir hissəsində komanda ilə iştirak edib. Akbaba isə hazırlığı fərdi olaraq davam etdirir.

Dianın adının sabah Super Liqanın ilk turunda "Qaziantep"lə görüşdə işitrak ərizəsində olacağı gözlənilir. Emrenin isə III turda "Fənərbaxça" derbisinə çatacağı vurğulanıb.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest