Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidenti ola bilər. Bu barədə məlumatı insidethegames.biz saytı yayıb.

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti olan S.Mikayılov AIBA İcraiyyə Komitəsinin üzvü kimi üzv federasiyalara bu barədə məktub göndərib. Məktubda onun bu qurumun prezidentliyinə namizəd olduğu, seçiləcəyi halda üç ay ərzində AIBA-nın 16 milyon dollarlıq borcunu ödəyəcəyini bildirib.

Məktubda deyilir: "Mən AIBA-nın hazırkı statusunu dəyişdirmək əzmindəyəm və ona görə də prezident olmaq üçün namizədliyimi irəli sürmək qərarına gəldim.

2018-ci il konqresindən bəri AIBA özünü məhv etməyə başladı və Assosiasiyanın 2019-cu ilin iyun ayında Beynəlxalq Olimpiya Komitəsindəki üzvlüyünün dayandırılması qürurumuzu silmək və yalnız unudulmaz çətinliklək üçün mükəmməl fırtına oldu.

Bu dövrdə gəmimizi etibarlı bir şəkildə limana aparmağı təklif edən bir çox fərqli fikir və səslər eşidildi.

Buna baxmayaraq, çox təəssüf ki, biz hələ də bölünmüşük və güclü rəhbərlik altında qürurumuzu bərpa edə biləcəyimiz üçün ortaq hədəflər düzgün tərtib edilməyib.

Dekabrdakı konqresdə başqa bir səhv etmək imkanımız yoxdur.

Mən hər kəsin ikinci bir şansa layiq olduğuna inanıram və AIBA dekabr ayında bu şansı doğru lideri seçməklə qazanmalıdır.

İndi bəyan edirəm ki, gəmimizi xilas etmək üçün heç bir şey etmədən batdığını seyr etmək üçün artıq yanında olmayacağam".

Qeyd edək ki, ötən ilin martından AIBA-nın özbəkistanlı prezidenti Qafur Rəhimov haqqında açılmış araşdırmalara görə vəzifəsindən istefa verməli olub. AIBA prezidenti postunu müvəqqəti olaraq Mərakeşdən olan Məhəmməd Mustahsan icra edir. Lakin AIBA Konstitusiyasına görə, müvəqqəti prezidentin fəaliyyət dönəmi bir ildən artıq ola bilməz və bu, 29 martda başa çatıb. Bununla belə, dekabrdakı konqresə görə onun səlahiyyət müddəti uzadılıb.

12-13 dekabrda Macarıstanın paytaxtı Budapeştdə AIBA-nın Növbədənkənar Konqresi keçiriləcək. Həmin vaxt prezident seçkiləri də baş tutacaq. AIBA prezidentliyinə namizəd olmaq istəyənlər yerli federasiya tərəfindən irəli sürülməlidir. Prezident və digər vəzifələrə müraciətlər konqresdən ən geci 40 gün əvvəl (2 noyabr son tarixdi) AIBA-ya göndərilməlidir.

Oxu.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest