"Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir". 
 
Bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bildirib.
 
Eyvazov deyib ki, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var: "Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub".
 
Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus təyyarə və vertolyotun vurulması barədə yayılan xəbərlər yalandır: "Bu müddət ərzində 200-dək tank, 228 artilleriya, yaylım atəş qurğusu, 300 ədəd hava hücumundan müdafiə sistemi, 6 komanda idarəetmə məntəqəsi, 5 silah sursat anbarı, 1 ədəd zenit-raket kompleksi sıradan çıxarılıb".
 
Eyvazov onu da deyib ki, döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var: "Dünən düşmən alayının döyüş bayrağı ələ keçirilib. Onların iki yolu var: ya torpaqlarımızdan çıxıb getməlidirlər, ya da yerində məhv ediləcəklər. Qələbə bizimlədir!"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest