AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan II Liqasının VII turunun oyunları ilə bağlı bir sıra cəzalar tətbiq edilib.
AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan II Liqasının VII turunun oyunları ilə bağlı bir sıra cəzalar tətbiq edilib.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tura ümumilikdə 1390 manat cərimə kəsilib. Ən çox maliyyə sanksiyasına məruz qalan klub "Hypers" olub. Komanda azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsinə görə 300 manat, Saleh Süleymanovun ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydandan qovulmasına görə isə 50 manat cərimələnib. Futbolçu özü isə 1 oyunluq diskvalifikasiya olunub.
"Ağstafa Gəncləri" klubu 5 futbolçusunun sarı vərəqə almasına görə 70 manat, Hüseyn Alıyevin ikinci sarıdan qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 50 manat cərimə edilib və oyunçuya 1 matçlıq cəza verilib. "Şəki" klubu 4 futbolçusunun sarı vərəqə almasına görə 70 manat, həkiminin olmamasına görə addsə cari mövsümdə bu hal 3-cü dəfə təkrarlandığı üçün 250 manat maliyyə sanksiyasına məruz qalıb.
"Şirvan", "Dinamo" və "Kür-Araz" komandaları limitdən çox futbolçularının sarı vərəqə almasına görə hərəyə 70 manat cərimə olunublar. "Şəmkir" təşkilati-texniki öhdəlikləri cari mövsümdə 2-ci dəfə pozduğu üçün 200 manat xərcə düşüb. "Ağdaş" klubu isə oyunda həkiminin olmamasına görə 100 manat, ehtiyat skamyasında adı protokolda yer almayan şəxsin əyləşməsinə görə daha 100 manat cərimələnib.

_1792157376.jpg)











