PSJ-nin və Portuqaliya millisinin aparıcı yarımmüdafiəçisi Vitinya Kriştiano Ronaldo ilə bağlı yaşanan qalmaqallı vəziyyətin tezliklə həll olunacağına və ulduz hücumçunun yenidən yığmanın formasını geyinəcəyinə ümid edir.
Matc.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
Vitinya mövzu ilə bağlı danışarkən bu fikirləri səsləndirib: "Bu, həqiqətən də çoxlu emosiyaların yaşandığı, bir qədər gərgin bir milli komanda fasiləsi oldu. Öz tərəfimdən yalnız onu ümid edirəm ki, hər şey ən yaxşı şəkildə həll olunacaq, o, geri dönəcək və hər şey qaydasına düşəcək. Doğrusu, məncə, hamımız bunu istəyirik. Ümid edirəm ki, belə də olacaq, o, qayıdacaq və hər şey öz həllini tapacaq".
Xatırladaq ki, Ronaldo baş məşqçi Jorje Jezuşla yaşadığı qalmaqala görə Portuqaliya millisinin düşərgəsini özbaşına tərk edib.

_1792157376.jpg)











