"Döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikası sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir".
 
Bunu Azərbaycan Müdafiə Nazirliyi (MN) Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
 
"Belə görünür ki, bu, qadınların ardınca döyüşə ahıl yaşında olan qocaları göndərən düşmənin son ehtiyat qüvvəsi olacaq", - o, əlavə edib.
 
Yeri gəlmişkən, Azərbaycan Ordusunun ön xətt bölmələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və yardımın planlı şəkildə hərbi hissələrə çatdırılması məqsədilə Müdafiə Nazirliyində müvəqqəti "qaynar xətt" nömrələri aşağıdakı kimidir:
 
+994 (012) 406-85-43 və +994 (012) 406-59-33.
 
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Azərbaycan Müdafiə Nazirliyi düşmənin ağır itkilər verməsi ilə bağlı yeni görüntülər də yayıb. Həmin görüntüləri təqdim edirik:
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest