Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə bu gün yekun vurulub. Bununla bütün 1/8 finalçılar müəyyənləşib. Bu gün keçirilən qarşılaşmalardan sonra "Lion" son xoşbəxt komanda olmağı bacarıb.

çempionlar Liqasında (çL) qrup mərhələsinə bu gün yekun vurulub. Matç.az saytının məlumatına görə, bununla bütün 1/8 finalçılar müəyyənləşib.

Bu gün keçirilən qarşılaşmalardan sonra "Lion" son xoşbəxt komanda olmağı bacarıb. Beləliklə, "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem", "Liverpul" (hamısı İngiltərə), "Bavariya", "Borussiya" (Dortmund), "Şalke" (hamısı Almaniya), "Barselona", "Real", "Atletiko" (hamısı İspaniya), "Yuventus", "Roma" (hər ikisi İtaliya), PSJ, "Lion" (hər ikisi Fransa), "Porto" (Portuqaliya) və "Ayaks" (Hollandiya) çL-də 1/8 final mərhələsinə vəsiqə əldə ediblər.

"Napoli", "İnter" (hər ikisi İtaliya), "Qalatasaray" (Türkiyə), "Brügge" (Belçika), "Benfika" (Portuqaliya), "Valensiya" (İspaniya), "Viktoriya" (çexiya) və "Şaxtyor" (Donetsk, Ukrayna) isə qruplarında 3-cü yeri tutaraq, mübarizəni Avropa Liqasında davam etdirmək hüququ qazanıblar.

çL-in 1/8, AL-in isə 1/16 final mərhələsinin püşkatma mərasimi dekabrın 17-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest