çempionlar Liqasında VI turun oyunçusu adına namizədlər müəyyənləşib. Matç.az xəbər verir ki, qrup mərhələsinin son turunun ən yaxşısı adına 4 iddiaçı var.

Namizədləri açıqlayan UEFA onlar arasında seçimi azarkeşlərin ixtiyarına buraxıb. Turun oyunçusu seçilməyə Neymar (PSJ), Endryu Robertson (Liverpul), Leroy Sane (Mançester Siti) və Giyom Oaro (Yanq Boyz) iddia edir.

Neymar "Srvena Zvezda" üzərində qələbədə (4:1) qolla, Robertson "Napoli" ilə matçda (1:0) öz oyunu ilə pay sahibi olub. Sane "Hoffenhaym"la qarşılaşmada dubl edibsə, Oaro "Yuventus"un qapısından 2 top keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest