çempionlar Liqasının başa çatan qrup mərhələsinin ən yaxşı bombardiri Robert Levandovski olub. Matç.az saytı xəbər verir ki, "Bavariya"nın polşalı hücumçusu 8 qola imza atıb.

"Barselona"nın argentinalı ulduzu Lionel Messi 6 qolla 2-ci olub. 3-cü yerə isə hərəyə 5 qol vuran 6 futbolçu şərikdi.

Paulo Dibala (Yuventus), Edin Dzeko (Roma), Andrey Kramariç (Hoffenhaym), Mussa Mareqa (Porto), Neymar (PSJ) və Duşan Tadiç (Ayaks) liderdən 3 top geri qalır. 4 oyunçu isə dörd dəfə rəqib qapısına yol tapıb. Bunlar
Antuan Qrizmann (Atletiko), Rafael Qerreyro (Borussiya D), Mauro İkardi (İnter) və Harri Keyndi (Tottenhem).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest