çempionlar Liqasında həftənin qoluna namizədlər bəlli olub. Matç.az saytı xəbər verir ki, VI turun ən yaxşısı adına 4 qol iddia edir.

Qrup mərhələsinin son turunda fərqlənənlər arasında seçim edən UEFA səsverməni azarkeşlərin ixtiyarına buraxıb. Mükafata Leroy Sanenin (Mançester Siti) "Hoffenhaym", Usman Dembelenin (Barselona) "Tottenhem", Nabil Fekirin (Lion) "Şaxtyor"un, Paulo Dibalanın (Yuventus) "Yanq Boyz"un qapısından keçirdiyi qollar namizəddi.

Qeyd edək ki, səsvermə sabah başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest