"Bavariya" çempionlar Liqasının qrup mərhələsini məğlubiyyətsiz başa vurub. Matç.az saytının məlumatına görə, Almaniya nəhəngi öz rekordunu yeniləyib.

Son turda "Ayaks"la səfərdə qollu bərabərə (3:3) qalan münhenlilər qrupu 14 xalla tamamlayıb. Hollandlarla hər iki görüşdə heç-heçə edən Niko Kovaçın yetirmələri "Benfika" və AEK-in hər birindən də 6 xal alıb.

1/8 finala vəsiqə qazanan "Bavariya" 10 ildən sonra qrup matçlarında yenilgi üzü görməyib. Sonuncu dəfə 2008-09 mövsümündə Yurgen Klinsmannın rəhbərliyi altında almanlar bunu bacarmışdılar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest