"Barselona"nın prezidenti Xosep Bartomeu klubdan ayrıla bilər. Matc.az "Marca"ya istinadən xəbər verir ki, klub üzvləri bu barədə rəhbərliyi xəbərdar edib.

Məlumata görə, Bartomeunun taleyi noyabrın 1-2-də həll olunacaq. Onun rəhbərlyinin getməsi üçün klub üzvlərinin lazımı imzanı topladığı bildirilir.

Artıq növbədənkənar səsvermənin keçirilməsi üçün dövlət orqanlarına müraciət edilib. Koronavirus pandemiyası səbəbindən tədbirə xüsusi icazənin vacibliyi vurğulanıb.

Bununla yanaşı, klub rəhbərinin gələcəyini oktyabrın 24-də keçiriləcək El Klassiko da bəlirləyə bilər. "Barselona"nın doğma meydanda əzəli rəqibi "Real"a qarşı alacağı uğursuz nəticə Bartomeunun gedişini sürətləndirə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest