Almaniyanın "Hoffenhaym" klubu futbolçusu Maksimilian Bayerin müqaviləsinin müddətini artırıb.
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bayerlə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
"Hoffenhaym"ın yetirməsi olan 18 yaşlı hücumçu bu yay əsas komandaya cəlb olunub. Bayer, bu mövsüm 4 oyuna çıxıb.