Ermənistanın “Şvak” Milli Döyüş növü Federasiyasının prezidenti, məşqçi Szak Mnatsakanyan ölüb.
 
Matc.az xəbər verir ki, Mnatsakanyan, Ermənistan silahlıları və Azərbaycan ordusu arasında Qarabağda davam edən döyüşlərdə ölüb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
 
Azərbaycan ordusu ilə düşmən tərəfi arasında sentyabrın 27-də başlayan gərgin döyüşlər davam edir. Uğurlu hərbi əməliyyatlar keçirən Azərbaycan ordusu bir çox kəndi, Suqovuşanı, Cəbrayıl, Füzuli,Zəngilan şəhərlərini işğaldan azad edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest