“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne qarşıdakı qışda İtaliya klubunu tərk edə bilər. Matc.az xəbər verir ki, klub qarşıdan gələn transfer pəncərəsində belçikalı oyun qurucusunun satışı ilə bağlı danışıqlara açıqdır.
 
Məlumata görə, 35 yaşlı futbolçu üçün artıq ciddi namizəd var: bu, Niderlandın PSV klubudur. Eyndhoven təmsilçisi hazırda “Napoli”yə rəsmi təklif hazırlayır.
 
PSV nümayəndələri De Bruynenin agentləri ilə ilkin danışıqlar aparıblar və bu müzakirələrin nəticəsi müsbət qiymətləndirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest