"Bəzən kənardan baxanda müəyyən üstünlüklər olur. Amma oyunçuların məşqçinin yaxınlığını hiss etmələri vacibdir. Bu baxımdan çətin oldu. Lakin önəmli olan qələbə qazanmağımızdır"

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsrailin "Makkabi" (Təl-Əviv) klubunun baş məşqçisi Yorqos Donis açıqlama verib.
 
Matc.az İsrail mətbuatına istinadən xəbər verir ki, "Qarabağ"la qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən oyunu (1:0) tribunadan izləyən mütəxəssis, bunları deyib:
 
"Bəzən kənardan baxanda müəyyən üstünlüklər olur. Amma oyunçuların məşqçinin yaxınlığını hiss etmələri vacibdir. Bu baxımdan çətin oldu. Lakin önəmli olan qələbə qazanmağımızdır".
 
"Qarabağ"ın yer aldığı İ qrupunda "Makkabi"dən başqa, İspaniyanın "Vilyarreal" və Türkiyənin "Sivasspor" klubları mübarizə aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest