Futbol üzrə Moldova kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq yarımmüdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Sokol"la qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb (13:0) və 1/4 finala yüksəlib.
 
Millimizin sabiq üzvü də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest