çempionlar Liqasının 2019/20 mövsümünün təqvimi və iştirakçıların mərhələlər üzrə bölgüsü açıqlandıqdan sonra yarışa vəsiqə qazananların taleyinə aydınlıq gəlib. Matç.az saytı xəbər verir ki, arıq turnirdə iştirakı dəqiqləşən 13 komandanın hamısı I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Bunlar "yaz-payız" sistemi ilə keçirilən çempionatlarda qalib gələn komandalardı. 2018-ci ili qızıl medalla başa vuran AİK (İsveç), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Rusenborq" (Norveç), "Şerif" (Moldova), "Valyur" (İslandiya), HİK (Finlandiya), "Dandalk" (İrlandiya), "Riqa" (Latviya), "Nomme Kalyu" (Estoniya), "Suduva" (Litva), "Saburtalo" (Gürcüstan) və "HB Torshavn" (Farer adaları) artıq yeni avrokubok mövsümünün planlarını cızır.

Azərbaycan çempionu da məhz bu raunddan yarışa qatılacaq. Bu üzdən də adıçəkilən 13 klub təmsilçimizin mümkün rəqibləridi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest