Bu gün çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Matç.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə 1/8 finalın cütlükləri müəyyənləşib.

Qrup qaliblərinin ikinci yer sahiblərini sınağa çəkəcəyi mərhələnin 8 cütü bəlli olub. Burada eyni qrupdan çıxanlar və bir ölkəni təmsil edənlər bir-birilərinə rəqib olmayıb.

Püşk "Liverpul"la "Bavariya"nı, MY ilə PSJ-ni üz-üzə qoyub. Bu cütlər mərhələnin ən çox maraq kəsb edən duelləri olacaq.

1/8 final mərhələsinin oyunları 4 həftəni əhatə edəcək. İlk görüşlər 12-13 və 19-20 fevralda, cavab qarşılaşmaları isə 5-6 və 12-13 martda keçiriləcək.

çempionlar Liqası

1/8 final 

"Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə)

"Atletiko" (İspaniya) - "Yuventus" (İtaliya)

"Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa)

"Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)

"Lion" (Fransa) - "Barselona" (İspaniya)

"Roma" (İtaliya) - "Porto" (Portuqaliya)

"Ayaks" (Hollandiya) - "Real" (İspaniya)

"Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest