Albaniyalı model Eryona Süleymani Portuqaliya yığmasının və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kristiano Ronaldoya bəslədiyi münasibətdən söz açıb. Matc.az xəbər verir ki, o, 35 yaşlı hücumçudan gələcək təklifi dərhal qəbul etməyə hazır olduğunu bəyan edib:

“Ronaldonun dəvətindən imtina edə bilməzdim. O, mənim üçün dünyanın ən cəlbedici futbolçusudur. Əgər təsadüfən mənim nömrəmi yığsa, dayana bilmərəm”.

Qeyd edək ki, Eryona Süleymani İsveçrə yığmasının, eləcə də “Torino”, “Napoli”, “Qalatasaray” kimi klublarda oynamış Blerim Cemailinin keçmiş arvadıdır. Onlar 2015-ci ildə ailə qurmağa qərar versələr də, 2017-də boşanıblar. Cütlüyün Luan adlı bir oğlu var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest