UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" bu gün yoxlama oyunu keçirib.
 
Matc.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında "Səbail"lə qarşılaşıb.
 
Qarşılaşma 2:0 hesabı ilə "Səbail"in xeyrinə yekunlaşıb. Aftandil Hacıyevin yetirmələrindən Amil Yunanovla Bahadur Həziyev fərqlənib.
 
Xatırladaq ki, bu komandaların Premyer Liqanın son turunda Bayıldakı görüşü də "Səbail"in 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest