Türkiyənin "Qaziantep" klubunda koronavirusa yoluxanların sayı artıb.
 
Matc.az xəbər verir ki, yeni analizlər nəticəsində daha iki futbolçuda, eləcə də klubun işçilərindən ikisində koronavirus aşkarlanıb.
 
COVİD-19 testləri pozitiv çıxan şəxslər dərhal karantinə alınıb.
 
Xatırladaq ki, "Qaziantep"də bir neçə gün öncə daha bir futbolçunun koronavirus testinin müsbət nəticə verdiyi açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest