Azərbaycan millisinin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1077 xalla planetin 463-cü mütəxəssisidi. "Neftçi"nin italiyalı çalışdırıcısı Roberto Bordin Qubanovdan 62 xal geri qalır.

Məşqçilərin dünya reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, Azərbaycan millisinin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1077 xalla planetin 463-cü mütəxəssisidi.

ötən siyahı ilə müqayisədə xal hesabı dəyişməyən 46 yaşlı çalışdırıcı 7 pillə geriləyib. O, cədvəldə yeganə azərbaycanlı məşqçidi.

"Neftçi"nin italiyalı çalışdırıcısı Roberto Bordin Qubanovdan 62 xal geri qalır. O, 1015 xalla 481-cidi. İtaliyalı 5 pillə geriləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest