İtaliyanın "Sassuolo" klubunun yarımmüdafiəçisi Lukaş Haraslin koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Bir müddət karantində qalan və xüsusi nəzarətdə saxlanılan futbolçu tezliklə təkrar testdən keçiriləcək və komanda ilə məşqlərə başlayacaq.
 
Qeyd edək ki, Haraslin həm də Slovakiya yığmasının üzvüdür. Amma məhz koronavirus səbəbindən o, millinin UEFA Millətlər Liqasındakı son oyunlarında iştirak edə bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest