Futbol üzrə İtaliya A Seriyasında 9-cu tura start verilib.
Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
Turun açılış matçında "İnter" səfərdə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Sassuolo"nun qonağı olub və rəqibini darmadağın edib. "Yuventus" "Benevento"nun qonağı olub. Turin təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb. "Atalanta" isə "Verona"nı sınağa çəkib. Meydan sahibləri bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşiblər.
İtaliya A Seriyası
9-cu tur
28 noyabr
Sassuolo – İnter 0:3
Qol: A.Sançes, 4. Kirikeş, 14-öz qapısına. Qalyardini, 60.
Benevento – Yuventus 1:1
Qol: Letizia, 45+3 – Morata, 21.
Atalanta – Verona 0:2
Qol: Veloso, 62-pen. Zakkayni, 83.
29 noyabr
15:30 Latsio – Udineze
18:00 Milan – Fiorentina
18:00 Bolonya – Krotone
21:00 Kalyari – Spetsiya
23:45 Napoli – Roma
30 noyabr
21:30 Torino – Sampdoriya
23:45 Cenoa – Parma