Madrid "Real"ının sabiq futbolçusu Royston Drente müflis olub.
 
Matc.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.
 
Niderlandda Breda məhkəməsi dekabrın 1-də Drentenin bütün sərvətini itirdiyini açıqlayıb. 33 yaşlı niderlandlı futbolçu yerli mətbuata açıqlamasında, bu vəziyyətin onu narahat etmədiyini bildirib.
 
Drente 2017-ci ildə menecerlərinin maliyyə fırıldaqlarına görə külli miqdarda pul itirdiyini açıqlamışdı.
 
Hazırda Niderlandın 3-cü liqa təmsilçisi "Kozakken Boyz"da forma geyinən Drente, 2007-2012-ci illər aralığında "Real"da çıxış edib.
 
Drente 2017-ci ildə musiqi sektoruna da atılmış və karyerasını başa vurduğu açıqlamışdı. Lakin daha sonra yenidən futbola geri qayıtmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest