Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı çərçivəsində son oyununu keçirib. Matç.az xəbər verir ki, millimiz Region Liqasında çıxış edən “Tufan”la qarşılaşıb.

Vüqar Məmmədin yetirmələri rəqibini 8:0 hesabı ilə darmadağın edib. Yığmanın heyətində Musa Qurbanlı het-trik edib. Vəli Məmmədovla Tural Bayramlının hərəyə 2 qol vurduğu oyunda Rüfət Abdullazadə də fərqlənib. Yığma bununla da təlim-məşq toplanışını başa vurub. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest