"Mançester Siti" və "Barselona"nın sabiq baş məşqçisi Pep Qvardiolanın agenti Jozep Mariya Oroviç ispaniyalı mütəxəssisin "Trabzonspor"a mümkün təyinatı barədə yayılan məlumatları şərh edib.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Oroviç yayılan iddialara son qoyub: "Pep bu mövsüm heç bir klubu və ya milli komandanı çalıştırmayacaq".

Daha əvvəl mətbuatda "Trabzonspor"un Qvardiola ilə ciddi danışıqlara başladığı barədə məlumatlar yayılmışdı. Qvardiolanın Türkiyə klubundakı illik maaşının 13 milyon avro ola biləcəyi iddia edilirdi.

Qeyd edək ki, ispaniyalı məşqçi ötən mövsümün sonunda 2016-cı ilin yayından bəri rəhbərlik etdiyi "Mançester Siti"dən ayrılıb. Qvardiola "şəhərlilər"lə birlikdə 6 dəfə İngiltərə çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest