"Hall Siti"nin vingeri Sorba Tomas özünün "Land Rover Defender" markalı avtomobili ilə yol-nəqliyyat hadisəsi törədib və nəticədə nəqliyyat vasitəsi aşıb.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 27 yaşlı futbolçu qəzada xəsarət almayıb. Hazırda polis hadisənin bütün təfərrüatlarını araşdırmaqda davam edir.

"Tomas Sorbanın klubun Kottingemdəki məşq bazasının yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almadığını əminliklə təsdiqləyirik.

Klub Sorbanın avtomobilinin sosial şəbəkələrdə yayılan fotoşəkillərindən xəbərdardır və azarkeşləri əmin edə bilər ki, futbolçu heç bir xəsarət almayıb və avtomobildən tamamilə zərər çəkmədən çıxıb", - deyə klub bəyanat yayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest