"Fənərbaxça"nın müdafiəçisi Martin Şkrtel İspaniyaya köçməyə hazırlaşır. Matç.az saytı xəbər verir ki, bu barədə Kataloniya mətbuatı məlumat yayıb.

Həmkarlarımızın iddiasına görə, Samuel Umtiti və Tomas Vermalen zədələndiyi üçün mərkəz müdafiəçisi axtarışına çıxan "Barselona"da ilk hədəf məhz Şkrteldi. Kataloniya təmsilçisi 34 yaşlı oyunçunu mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədi. Futbolçunun meneceri İspaniya nəhəngi ilə hətta bir görüş də keçirib. "Fənərbaxça" razılıq versə, Şkrtel 6 ay müddətinə "Barselona"da oynayacaq.

Qeyd edək ki, Martin Şkrtel Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində eyni qrupda yer aldığı Slovakiya yığmasının kapitanıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest