Türkiyənin "Fatih Karagümrük" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq İspaniya "Deportivo"sunda çıxış etmiş Emre çolak ilə güclənib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. 
 
Karyerasına "Qalatasaray"da başlayan Emre çolak, 6 il formasını geyindiyi bu komanda ilə 3 dəfə Super Liqanın, 3 dəfə Türkiyə kubokunun, 3 dəfə də superkubokun qalibi olub. 2016-cı ildə İstanbul təmsilçisini "Deportivo"ya dəyişən yarımmüdafiəçi bu komandada iki mövsüm forma geyindikdən sonra Səudiyyə Ərəbistanının "Əl-Vahda" klubuna transfer olunub. Bu ilin əvvəlində yenidən "Deportivo"ya qayıdan çolak, yaydan bəri işsiz idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest