Futbol üzrə Fransa Super Kubokunun qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, həlledici oyunda geridə qalan mövsümdə həm Liqa 1-in, həm də Fransa kubokunun qalibi olmuş PSJ ilə vitse-çempion Marsel “Olimpik”i üz-üzə gəlib.
 
Paris təmsilçisi üç qolun qeydə alındığı bu oyundan qələbə ilə ayrılıb. Nəticədə sözügedən komanda tarixində 10-cu dəfə Super Kubokun qalibi olub. PSJ 2013-cü ildən bəri hər il bu mükafata sahib çıxır.
 
Fransa Super Kuboku
13 yanvar
 
PSJ – Olimpik (Marsel) 2:1
Qol: İkardi, 39. Neymar, 85-pen – Payet, 89.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest