İngiltərənin "Aston Villa" klubunun qapıçısı Lovre Kaliniçi birdəfəlik satıb.
 
Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu bir müddət əvvəl "Hayduk" klubuna icarəyə verilmişdi.
 
Lakin Split təmsilçisi Kaliniçi birdəfəlik transfer etməyə qərar verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kaliniç, 2023-cü ilin yayına qədər "Hayduk"da çıxış edəcək.
 
Kaliniç bu mövsüm "Aston Villa" ilə Premyer Liqada heç bir oyuna çıxmayıb. O, 2018-ci ildən Premyer Liqa təmsilçisində forma geyinirdi.
 
"Hayduk" klubunun yetirməsi olan qapıçı Xorvatiya yığmasında 19 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest