İtaliyanın "Napoli" klubunun futbolçusu Arkadiuş Milik karyerasını Fransada davam etdirəcək.
 
Matc.az xəbər verir ki, Marsel "Olimpik"i 26 yaşlı futbolçunu icarə əsasında heyətinə qatıb.
 
Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Miliklə 2022-ci ilin yayınadək nəzərdə tutulan icarə müqaviləsi imzalanıb. Futbolçunun müqaviləsində transfer hüquqlarını satın almaq bəndi də var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest