Futbol üzrə Türkiyə Super Kubokunun qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, həlledici oyunda Super Liqanın sonuncu qalibi "Başakşəhər"lə Türkiyə Kubokunun sahibi "Trabzonspor" üz-üzə gəlib.
 
üç qolun qeydə alındığı matçda Trabzon təmsilçisi çətin qələbəyə sevinib – 2:1. Bununla da "Trabzonspor" tarixində 9-cu dəfə Super Kubokun qalibi olub və bu göstəricidə "Fənərbaxça"ya çatıb. Super Kuboku ən çox qazanan komanda isə "Qalatasaray"dır – 16 dəfə.
 
Türkiyə Super Kuboku
27 yanvar
 
Başakşəhər – Trabzonspor 1:2
Qol: D.Ba, 58-pen – Djanini, 47. Ekuban, 86.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest