Lider "Mançester Yunayted" bu turda autsayder "Şeffild Yunayted"i sınağa çəkib və məğlubiyyətə üzülüb. Baş məşqçisi Frenk Lempardla yollarını ayıran "Çelsi" "Vulverhempton"u qəbul edib. "Zadəganlar" yeni baş məşqçi Tomas Tuxelin rəhbərliyi altındakı ilk matçdan 1 xalla ayrılıb.

Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub. 
 
Lider "Mançester Yunayted" bu turda autsayder "Şeffild Yunayted"i sınağa çəkib və məğlubiyyətə üzülüb. Baş məşqçisi Frenk Lempardla yollarını ayıran "çelsi" "Vulverhempton"u qəbul edib. "Zadəganlar" yeni baş məşqçi Tomas Tuxelin rəhbərliyi altındakı ilk matçdan 1 xalla ayrılıb. "Brayton" – "Fulhem" və "Everton" – "Lester" görüşləri də bərabərliklə bitib. "Bernli" isə "Aston Villa" üzərində qələbəyə sevinib.
 
İngiltərə Premyer Liqası
20-ci tur
26 yanvar
 
Kristal Pelas – Vest Hem 2:3
Qol: Zaha, 3. Batşuayi, 90+7 – Souçek, 9; 25. Douson, 65.
 
Nyukasl – Lids 1:2
Qol: Almiron, 57 – Rafinya, 17. Harrison, 61.
 
Sauthempton – Arsenal 1:3
Qol: Armstronq, 3 – Pepe, 8. Saka, 39. Lakazette, 72.
 
Vest Bromviç – Mançester Siti 0:5
Qol: İ.Gündoğan, 6; 30. Kanselo, 20. Mahrez, 45+2. Sterlinq, 57.
 
27 yanvar
 
Bernli – Aston Villa 3:2
Qol: Mi, 52. Maknil, 76. Vud, 79 – Uotkins, 14. Qriliş, 68.
 
çelsi – Vulverhempton 0:0
 
Brayton – Fulhem 0:0
 
Everton – Lester 1:1
Qol: Rodriqes, 30 – Tilemans, 67.
 
Mançester Yunayted – Şeffild Yunayted 1:2
Qol: Maquayr, 64 – Brayan, 23. Burke, 74.
 
28 yanvar
 
00:00 Tottenhem – Liverpul

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest