Əfsanəvi ingiltərəli futbolçu Alan Şirer "Mançester Yunayted"də baş məşqçi dəyişikliyinə münasibət bildirib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, 48 yaşlı mütəxəssis Joze Mourinyonun "Kardiff"lə qarşılaşma öncəsi qovulmasını planlı addım hesab edib.

O, rəhbərliyin bununla yeni baş məşqçi Ole-Qunnar Sulşerə özünəinam qazanmasına şərait yaratdığını düşünür: "Mançester Yunayted" "Kardiff"dən güclüdü. Ancaq belə bir ərəfədə dəyişiklik sürpriz olmadı. "Kardiff" Premyer Liqada qalmaq uğrunda yarışır, xaos içindədi. Dürüst olaq ki, klub rəhbərliyi mövsümün ən asan səfəri öncəsi Mourinyonu qəsdən qovdu. Onlar Sulşerə qələbə ilə başlamaq və özünəinam qazanmaq üçün şərait yaratdı. Ardıcıl olaraq "Kardiff", "Haddersfild", "Bornmut" və "Nyukasl"la oyunlar yeni çalışdırıcı üçün yaxşı təqvimdi. "Çelsi" və ya "Tottenhem"lə matçlar fərqli olardı".

Qeyd edək ki, "Mançester Yunayted" Ole-Qunnar Sulşerin rəhbərliyi altında ilk görüşündə "Kardiff"i 5:1 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest