çempionlar Liqasında turun oyunçusu adını ən çox qazanan futbolçular bəlli olub. Matç.az xəbər verir ki, UEFA 2015/16 mövsümündən etibarən keçirdiyi səsvermələrdə ən çox qalib olanları açıqlayıb.

Kriştianu Ronaldo hamıdan çox – 13 dəfə buna nail olub. Portuqaliyalının bütün uğurları İspaniya "Real"ı ilə bağlıdı.

Lionel Messi (Barselona) 8, Məhəmməd Salah (Liverpul) 4 dəfə turun oyunçusu seçilib. Sonuncunun komanda yoldaşı Sadio Mane və Halk (Zenit) iki dəfə mükafat alıb.

Klublar arasında rekord "Real"a məxsusdu. Madridlilər 16 dəfə fərqlənib.

"Barselona" təmsilçilərinin 12 uğuru var. "Liverpul"da bu rəqəm 6-dısa, "Roma", "Mançester Siti" və "Zenit" hərəyə 2 dəfə futbolçusunun uğuruna sevinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest