28-ci dəfə “Neftçi” ilə səfərdə görüşəcək “Qəbələ” rəqib meydanında 9 dəfə qalib gəlib. 7 heç-heçə və 11 məğlubiyyəti olan futbolçular 34 qol vurub, 36 top buraxıb.

Sabah Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək. Turun ikinci günündə meydana çıxacaq “Qəbələ” “Neftçi” ilə görüşəcək. Matc.az xəbər verir ki, “qırmızı-qaralar” mövsümün III dövrəsində ilk səfər sınağında qüvvəsini sınayacaq. Bu, rəqiblərin ümumilikdə 55-ci dueli olacaq. İndiyədək komandalar 54 dəfə üz-üzə gəlib. Aktivində 17 qələbə olan “Qəbələ” 13 heç-heçə edib və 24 matçda uduzub. Rəqib qapısından 67 top keçirən “qırmızı-qaralar” 78 qol buraxıb.
 
“Bakcell Arena”dakı görüş Premyer Liqa çərçivəsində yubiley – 50-ci görüş olacaq. Əvvəlki 49 qarşılaşmada 16 qələbəsi olan komanda 10 dəfə bir xalla kifayətlənib və 23 dəfə uduzub. Rəqib qapısına 60 dəfə yol tapan “qırmızı-qaralar” 72 top buraxıb.
 
28-ci dəfə “Neftçi” ilə səfərdə görüşəcək “Qəbələ” rəqib meydanında 9 dəfə qalib gəlib. 7 heç-heçə və 11 məğlubiyyəti olan futbolçular 34 qol vurub, 36 top buraxıb.
 
Xatırladaq ki, fevralın 20-də “Bakcell Arena”da keçiriləcək matç 18:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest