Millət vəkili Tahir Kərimli parlamentin bugünkü plenar iclasında ölkə futbolunun mövcud durumu məsələsini qaldırıb. Matc.az  xəbər verir ki, millət vəkili Azərbaycan futbolunun yerində saydığını bildirib:
 
“Futbol elə Bakıdan ibarətdir? Güclülər dəstəsindəki 9 klubdan 8-i Bakının payına düşür. Cəmi bir klub Qəbələni təmsil edir. Bəs başqa bölgələr? Futbol və futbol klubları ancaq Bakıdan ibarətdir? Niyə ölkə futbolu yerində sayır? Niyə yerlərdə futbol, uşaq idmanı, uşaq futbolu inkişaf etdirilmir?” - deyən millət vəkili aidiyyatı qurumları bu məsələyə ciddi yanaşmağa dəvət edib. (etikxeber.az)
 
Qeyd edək ki, Güclülər dəstəsində Tahir Kərimlinin dediyi kimi, 9 yox, 8 komanda çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest