İtaliyanın "Torino" klubunun 3 futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, koronavirusa yoluxanların kimliyi açıqlanmır.
 
Onlar karantinə alınıblar. Komandanın bu günə nəzərdə tutulan məşqi isə ləğv olunub. Futbolçular növbəti koronavirus testindən keçəcəklər. Bu üzdən də Turin təmsilçisi yerli səhiyyə orqanlarının tövsiyəsinə əsasən hazırlığı məhz bu nəticələrdən sonra bərpa edəcəyini bəyan edib.
 
Qeyd edək ki, "Torino" fevralın 26-da A Seriyasının 24-cü turu çərçivəsində doğma meydanda "Sassuolo" ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest