Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
 
Əvvəlcə "Sumqayıt" doğma meydanda "Zirə" ilə üz-üzə gəlib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
 
Turun qapanış matçında isə lider "Neftçi" "Sabah"ı qəbul edib. Meydan sahibləri bu oyundan qələbə ilə ayrılıblar.
 
Xatırladaq ki, ilk oyun günündə "Səbail" "Keşlə" ilə heç-heçə edib (1:1), "Qarabağ" isə "Qəbələ"ylə ev oyununda 3:0 hesablı darmadağına imza atıb.
 
Azərbaycan Premyer Liqası
18-ci tur
3 mart
 
Sumqayıt – Zirə 0:0
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev.
Sumqayıt şəhər stadionu, 16:00.
 
Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
 
Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.
 
Neftçi – Sabah 2:1
Qol: N.Ələsgərov, 34. M.Abbasov, 64 - T.Xəlilzadə, 90+3-pen.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev.
8-ci km stadionu, 18:15.
 
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 29. Sabir Buqrin, 9. Ahmed Ahmedov, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. ömər Buludov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 20. Mert çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov, 70. Asim Əlizadə.
Baş məşqçi: Samir Abasov.
 
Sabah: 12. Alvaro Villete, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 10. Aleksey İsayev, 13. Filip İvanoviç, 28. Kevin Kubemba, 48. Dmitro Klots, 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko, 6. Şakir Seyidov.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rüstəm Samiqullin, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 34. Bəxtiyar Həsənalızadə, 9. Xulio Sezar Rodriqes, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev.
Baş məşqçi: Visente Qomes.
 
 

1

Neftçi

18

11

3

4

23-18

36

2

Qarabağ

18

10

6

2

42-13

36

3

Zirə

18

7

8

3

23-18

29

4

Sumqayıt

18

6

6

6

20-21

24

5

Qəbələ

18

5

6

7

16-26

21

6

Səbail

18

4

5

9

18-28

17

7

Keşlə

18

3

7

8

17-27

16

8

Sabah

18

4

3

11

18-26

15

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest